“Azərbaycantelefilm”in “Son gecə”si sentyabrda ekranlarda olacaq

“Azərbaycantelefilm”in “Son gecə”si sentyabrda ekranlarda olacaq

30 İyul, 15:46 Sosial mediada paylaşın:

“Azərbaycantelefilm”in lentə aldığı “Son gecə” ekran əsərinin çəkilişlərinə yekun vurulub. Filmin sentyabrda  tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulub.

 “Son gecə” filmi şair – filosof İmadəddin Nəsiminin son gecəsindən bəhs edir. “Azərbaycantelefilm”-in lentə aldığı bədii televiziya filmi Azərbaycan Televiziyasının “Nəsimi İlii” çərçivəsində ərsəyə gətirəcəyi növbəti layihədir.

Quruluşçu rejissorları Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov olan filmin quruluşçu operatoru Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur.

 “Son gecə” bədii televiziya filmində Əməkdar artislər Vidadi Əliyev, Elşən Rüstəmov, aktyor Vüsal Murtuzəliyev və başqaları rol alıb. 

Aztv.az

CANLI YAYIM