Rusiya Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

Rusiya Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

18 May, 18:30 Sosial mediada paylaşın:

Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xirmətinin məlumatına görə, telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın postpandemiya dövründə inkişaf perspektivlərini də müzakirə ediblər.

CANLI YAYIM