Elman Rüstəmov bağlanan banklarla bağlı açıqlama verib

13 May, 11:36 Sosial mediada paylaşın:

“Maliyyə sektorunda müsbət meyllər müşahidə olunur. İlk 4 ayda kredit portfeli 1,9% artıb. Bunun da əsas mənbəyi biznes kreditləridir”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, biznes kreditlərində 4,1%, ipoteka kreditlərində 5,2% artım olub, istehlak kreditləri isə 4,1% azalıb.

“Banklar tərəfindən 4,1 mlrd. manat yeni kreditlər verilib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 mlrd. manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”.

Bundan başqa, E.Rüstəmov lisenziyası ləğv olunmuş banklarla bağlı da danışıb. “Azərbaycanda lisenziyası ləğv edilmiş 4 məlum bankın bazarda qalması üçün 677 milyon manat tələb olunurdu”, - deyə qeyd edən Mərkəzi Bank sədri əlavə edib ki, həmin banklarla ilin əvvəlindən müzakirələr aparılıb.

“Onlarla yanvar ayından müzakirələr aparılıb. Ən çox “AGBank”la danışılıb. Halbuki bu bankda da audit yoxlaması kapitalın mənfi olduğunu üzə çıxarmışdı”.

CANLI YAYIM