Elman Rüstəmov uçot dərəcəsi ilə bağlı qərarı şərh edib

Elman Rüstəmov uçot dərəcəsi ilə bağlı qərarı şərh edib

1 May, 17:00 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə qəbul etdiyi qərarların açıqlanmasına dair mətbuat konfransı keçirilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25 və faiz dəhlizinin aşağı həddinin 6.75 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib: “Faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8 faizə endirilib. Ümumilikdə, bu qərar son dövrdə qlobal mühitdə qeyri-müəyyənliklərin daha da artması, koronavirus pandemiyasının neqativ təsirlərinin daha da güclənməsi, makroiqtisadi və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluq arasında balansı təmin etmək zərurəti nəzərə alınmaqla qəbul edilib”.

Elman Rüstəmov, həmçinin bildirib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya bir qədər yüksəlsə də, hədəf diapazonunun mərkəzindən aşağıda qalmaqdadır: “Rəsmi statistikaya görə, martda illik inflyasiya 3.3 faiz təşkil edib. Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 6 faiz, qeyri-ərzaq məhsulları üzrə 1.2 faiz və xidmətlər üzrə 1.2 faiz olub. Ərzaq inflyasiyasının bir qədər yüksəlməsi, əsasən karantin rejiminin sərtləşməsi şəraitində ərzağa tələbin qısa müddətdə yüksəlməsi, eləcə də istehsal və daşınma xərclərinin lokal artımı ilə izah edilir”.

CANLI YAYIM