Bu rayonlarda SMS icazə sistemi mayın 4-dən ləğv olunacaq

Bu rayonlarda SMS icazə sistemi mayın 4-dən ləğv olunacaq

1 May, 16:30 Sosial mediada paylaşın:

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında SMS icazə sistemi ləğv olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, qərar 4 may 2020-ci il saat 00:00-dan etibarən qüvvəyə minəcək.

Belə ki, sözügedən tarixdən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunacaq.

CANLI YAYIM