Azexport.az portalı yanvar-mart aylarında 147,7 milyon dollar dəyərində ixrac sifarişləri qəbul edib

Azexport.az portalı yanvar-mart aylarında 147,7 milyon dollar dəyərində ixrac sifarişləri qəbul edib

29 Aprel, 11:45 Sosial mediada paylaşın:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə,bu ilin yanvar-mart aylarında Azexport.az portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Mart ayında  portala ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, tikinti materialı və digər mallara daxil olub. Son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3,3 faiz artıb. İxracın dəyəri 429 milyon ABŞ dolları təşkil edib. Sözügedən müddətdə “Azərkosmos” ASC tərəfindən 24 ölkəyə 10,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub.

CANLI YAYIM