Hesablama Palatası ötən il 75 milyon manat səmərəsiz xərc müəyyən edib

Hesablama Palatası ötən il 75 milyon manat səmərəsiz xərc müəyyən edib

28 Aprel, 17:19 Sosial mediada paylaşın:

2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsasız kreditor borcun ləğv edilməsi təmin olunub.

Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində səsləndirdiyi hesabatda bildirib.

O qeyd edib ki, büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir. Hesabat ilində səmərəlilik auditi ilə yanaşı, son illərdə olduğu kimi, səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırılıb və bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirilib: “Səmərəsiz istifadə dedikdə, ayrılan vəsaitin il ərzində istifadə edilməməsini, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalmasını, daha az xərclə oluna biləcək alış və xidmətlərin həyata keçirilməməsini, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilənin münasib şərtlərinin seçilməməsini, dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmaması və ya qismən nail olunmasına aid edilib”.

CANLI YAYIM