“Mədəniyyət” kanalında “Muğam ustadları” adlı YENİ LAYİHƏ

“Mədəniyyət” kanalında “Muğam ustadları” adlı YENİ LAYİHƏ

21 Aprel, 13:48 Sosial mediada paylaşın:

“Mədəniyyət” Kanalı və Mədəniyyət Nazirliyinin birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərşivəsində “Muğam ustadları” adlı yeni layihəyə start verilib. Beynəlxalq Muğam Mərkəzi ilə birgə nəzərdə tutulmuş “Muğam ustadları” layihəsi həmin musiqi ocağının foyesində yerləşən, qonaqları ilk olaraq salamlayan büst sahiblərinin - əbədiyaşarların xatirəsinə həsr olunur.

Kanaldan verilən məlumata görə, hər buraxılışda tarixdə öz ifası, dəsti-xətti ilə milli musiqimizə töhfələr vermiş ustad sənətkarlarımızdan biri yad ediləcək. Layihənin məqsədi  gənc nəslin ifasında evdə qalaraq ustad sənətkarlarımızı yad etmək, milli-mənəvi dəyərlərimizi, Azərbaycan  musiqisinin inkişafında xidmətləri olan sənətkarları bir daha xalqa xatırlatmaq, təbliğ etməkdir.

CANLI YAYIM