Çörəklə sınağa çəkilib “qüllə”yə qalxan xalqın 30 ildə keçdiyi yol - “Çörəkdən qülləyə”

Çörəklə sınağa çəkilib “qüllə”yə qalxan xalqın 30 ildə keçdiyi yol - “Çörəkdən qülləyə”

18 Aprel, 13:46 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti “Çörəkdən qülləyə” adlı yeni sənədli film hazırlayıb.

Filmdə Azərbaycanın son 30 ildə keçdiyi inkişaf, xalqımızın zirvəyə gedən yolu araşdırılıb.

“Çörəkdən qülləyə” sənədli filmində 30 il əvvəl Azərbaycandakı çörək növbələri, un qıtlığı da öz əksini tapıb. “Çörək hara, qüllə hara?” deyə sual yarana bilər, cavab isə sadədir: “Biz çörəklə sınağa çəkilib zirvəyə, bir qədər obrazlı desək, qülləyə qalxmış xalqığ”. Qüllə dedikdə isə dünyanın memarlıq incilərindən sayılan “Alov qüllələri” nəzərdə tutulub.

Filmə bu gün saat 21:30-da AzTV-də baxa bilərsiniz.

CANLI YAYIM