“OPEC+” üzrə neft istehsalı sutkada 10 milyon barrel məhdudlaşdırılacaq – RAZILAŞDIRILDI

“OPEC+” üzrə neft istehsalı sutkada 10 milyon barrel məhdudlaşdırılacaq – RAZILAŞDIRILDI

9 Aprel, 22:06 Sosial mediada paylaşın:

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə “OPEC+” üzrə neft hasilatının gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəlinib. Sövdələşmənin mayın 1-dən tətbiq olunacağı bildirilir.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilib.

Xatırladaq ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın 31-də başa çatıb.

CANLI YAYIM