Əfv olunanlar istirahət mərkəzlərinin birinə yerləşdirildi: İki həftə ərzində sağlamlıq durumları araşdırılacaq

7 Aprel, 20:47 Sosial mediada paylaşın:

Məhkumların təhlükəsizliyi və sağlamlıqları diqqətdə saxlanılaraq, penitensiar müəssisələrdə ardıcıl, kompleks tibbi-profilaktik tədbirlər görülür, məhkumların gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal müayinəsi keçirilir və zəruri müalicəsi aparılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq. Bu məqsədlə azad olunan şəxslər istirahət mərkəzlərinin birinə ikihəftəlik yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

CANLI YAYIM