Komitə əməkdaşları evlərə zəng edir: Koronavirusla bağlı maarifləndirmə...

Komitə əməkdaşları evlərə zəng edir: Koronavirusla bağlı maarifləndirmə...

4 Aprel, 19:00 Sosial mediada paylaşın:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi koronavirus infeksiyasından qorunmaqla bağlı “Evlərə zəng” kampaniyasına başlayıb. Bu barədə Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində Dövlət Komitəsinin Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Komitə rəsmisi bildirib ki, kampaniya maarifçilik məqsədi daşıyır: “Bu gün televiziyalar, internet resursları vasitəsilə maarifləndirmə aparılır. Amma elə vətəndaşlar var ki, onlar ucqar kəndlərdə yaşayırlar, internetə çıxışları yoxdur. Biz həmin vətəndaşların ev telefonlarına zəng edirik, koronavirus epidemiyası ilə bağlı məlumat veririk, evdə qalmalarını tövsiyə edirik. Bununla yanaşı ahıl, tənha yaşayan, sağlamlıq imkanları məhdud olan vətəndaşlarımızın məişət ehtiyacları öyrənilir, ehtiyacları təmin edilir. Üç gündür ki başlayan kampaniya çərçivəsində, artıq 2 mindən çox ailəyə zəng edilib, maarifləndirmə aparılıb, dəstək göstərilib”. E.Səfərov qeyd edib ki, ailələrə təkcə maarifləndirmə yox, həmçinin psixoloji yardım da göstərilir: “Psixoloqlar, sosioloqlar ailələrə zəng edərək, maarifləndirmə ilə yanaşı, psixoloji söhbətlər edirlər, onların sosial problemlərini öyrənirlər. Ahıllardır, sağlamlığı məhdud şəxslərdir, şəkər xəstələridir ki, evdən çıxa bilmirlər, dərmana ehtiyacları var və.s, onlara dəstək göstərilir”.

CANLI YAYIM