Prezident İlham Əliyev: “Aprel döyüşləri xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”

Prezident İlham Əliyev: “Aprel döyüşləri xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”

2 Aprel, 12:28 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Aprel döyüşləri ilə əlaqəli paylaşım edilib.

Paylaşımda qeyd edilir:

“Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”.

Xatırladaq ki, yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan Aprel döyüşlərindən dörd il keçir. 2016-cı il aprelin 2-də Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətdi, Azərbaycan Ordusu isə ermənilərin təxribatlarına layiqli cavab verdi, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin müdafiə xətti yarıldı. Müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızı tam azad etdi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Milli Ordunun nəzarəti altına keçdi. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi. Dövlət başçısının sərəncamlarına əsasən, Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu,  quruculuq işləri həyata keçirildi.

CANLI YAYIM