Prezident: “Bizim əsas məqsədimiz ilk növbədə vətəndaşların təhlükəsizliyi və sağlamlığıdır”

31 Mart, 16:48 Sosial mediada paylaşın:

“Hesab edirəm ki, bu genişmiqyaslı sosial-iqtisadi paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir edəcək, eyni zamanda həssas təbəqəyə aid vətəndaşları bu böhrandan qoruyacaq. Bizim əsas məqsədimiz ilk növbədə vətəndaşların təhlükəsizliyi və sağlamlığıdır və onların rifahıdır”.

Bunu bu gün Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirus infeksiyasının iqtisadiyyata təsirinin minimallaşdırılması üçün dövlət tərəfindən həyata keçiriləcək tədbirlər barədə aparılan müzakirələr zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan digər məsuliyyətli ölkələr kimi pandemiya dövründə  ilk növbədə vətəndaşların sağlamlığını nəzərə alır: "Bütün digər məsələlər ikinci dərəcəli məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı məsələlər, halbuki, biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik, çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır ”.

CANLI YAYIM