Paytaxtda bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

Paytaxtda bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

30 Mart, 11:21 Sosial mediada paylaşın:

Tikinti-bərpa işləri ilə əlaqədar martın 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilir.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə fəaliyyət göstərən 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci sahə dairəsi ilə təşkil olunub.

CANLI YAYIM