Əlcək və maskalar ƏDV-dən azad edilib

Əlcək və maskalar ƏDV-dən azad edilib

27 Mart, 17:00 Sosial mediada paylaşın:

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərman 2020-ci il iyunun 1-dək qüvvədə olacaq.

CANLI YAYIM