Ramiz Novruz: “Bu qədər “ağıllı” olmayın, “yüksək zəkanızı” nümayiş etdirməyin”

Ramiz Novruz: “Bu qədər “ağıllı” olmayın, “yüksək zəkanızı” nümayiş etdirməyin”

26 Mart, 18:44 Sosial mediada paylaşın:

Azərbaycanda tətbiq olunan xüsusi karantin günlərində #evdəqal kampaniyasına qoşulanlardan biri də Xalq artisti Ramiz Novruzdur.

R.Novruz öz otağından “qala” düzəldib. Aktyor öz “qala”sından AzTV-nin canlı efirinə bağlanıb və əhalini evdən çölə çıxmamağa, dünyanı koronavirus bəlasından xilas etməyə köməklik göstərməyə çağırıb.

Ramiz Novruz bu bəla ilə bağlı “əşi, boş şeydir, bizə heç nə olmaz” deyənlərlə bağlı danışıb: “Özünü hamıdan ağıllı sayan, məsləhət verən insanlardan bir xahişim var: nə olar, karantin müddəti bitənə kimi bu qədər “ağıllı” olmayın. Dini din xadimlərindən, tibbi həkimlərdən yaxşı bilməyin. Bir az dözün, “yüksək zəkanızı” nümayiş etdirməyin. Qaydalara riayət edin”.

CANLI YAYIM