Yaşı 65-dən yuxarı 10 mindən çox tənha vətəndaşa sosial məişət xidmətləri göstərilir

Yaşı 65-dən yuxarı 10 mindən çox tənha vətəndaşa sosial məişət xidmətləri göstərilir

26 Mart, 14:44 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, koronavirusdan qorunmaları üçün evlərindən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı 10 mindən çox tənha vətəndaşa gündəlik sosial məişət xidmətləri göstərilir.

Sosial xidmətlərə dəstək olan qurumların sırası genişlənir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırır. Layihə çərçivəsində, eyni zamanda dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

CANLI YAYIM