Evdə qalan tənha və köməyə ehtiyacı olan şəxslərə yardım ediləcək

Evdə qalan tənha və köməyə ehtiyacı olan şəxslərə yardım ediləcək

26 Mart, 13:52 Sosial mediada paylaşın:

“Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri tənha yaşayan və köməyə ehtiyacı olan şəxslərə yardım edəcəklər”.

Bu barədə AzTV-yə müsahibəsində Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov məlumat verib.

Onun sözlərinə görə, sözügedən aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə həyata keçiriləcək: “Könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə karantin rejiminin tələblərinə uyğun olaraq evdən çölə çıxmayan, lakin tənha yaşayan və köməyə ehtiyacı olan insanlara lazımi kömək və dəstək göstərəcəklər. Bu məqsədlə YAP-ın Bakı üzrə 200, Azərbaycan üzrə isə 550 könüllüsü bu vəzifələrin yerinə yetirilməsinə hazır olduqlarını ifadə ediblər. Onların adları, siyahıları artıq nazirliyə təqdim olunub”.

YAP rəsmisi köməyə ehtiyacı olan insanların necə müəyyənləşdiriləcəyini də açıqlayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta kimi yardımlar edilən şəxslər var, onlara kömək ediləcək. Həmçinin, YAP-ın yerli strukturlarına tapşırıq verilib ki, rayonlar üzrə ehtiyacı olan insanların müraciəti olacağı təqdirdə onlara köməklik göstərilsin.

Ən başlıcası isə bu yolla həmin insanların koronavirusa yoluxma ehtimalının qarşısının alınması üçün onların çölə çıxmasının qarşısı alınmış olacaq”.

 

CANLI YAYIM