Bakı bulvarı da dezinfeksiya olunub - DƏNİZKƏNARI MİLLİ PARKDAN GÖRÜNTÜLƏR

Bakı bulvarı da dezinfeksiya olunub - DƏNİZKƏNARI MİLLİ PARKDAN GÖRÜNTÜLƏR

26 Mart, 12:49 Sosial mediada paylaşın:

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

Bu gün səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bütün bulvar ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilib.

Profliaktik tədbirlər Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə görülür. Bulvar ərazisində dezinfeksiya işləri davamlı şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, atraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur. Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.

Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq bulvardakı bütün iaşə obyektlərinin, atraksionların, avtomobil dayanacaqlarının da fəaliyyəti dayandırılıb. Məqsəd havaların istiləşməsi ilə əlaqədar bulvara insan axınının qarşısını almaqdır.

AzTV-nin əməkdaşları Bakı bulvarının dezinfeksiya prosesini lentə alıb. Həmin görüntüləri təqdim edirik.

CANLI YAYIM