“Koronavirusla mübarizə büdcəsi” 1,1 milyard manatı ötür

“Koronavirusla mübarizə büdcəsi” 1,1 milyard manatı ötür

26 Mart, 12:19 Sosial mediada paylaşın:

Azərbaycanın koronavirusla mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatı ötüb. Bu da qeyri-neft ÜDM-nin 2,2 faizinə çatır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılanda ilk olaraq 10 milyon manat vəsait ayrılıb. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb.

Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı əsasında, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, 80-dən çox ölkə müvafiq istiqamətdə Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı üçün müraciət edib. Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə:

- zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək;

- sosial proqramlar;

- pandemiya ilə mübarizəyə çəkilən xərcləri əhatə edir.

CANLI YAYIM