Bakıda parklar da dezinfeksiya olunur: oturacaqlar, səkilər... - CANLI BAĞLANTI

Bakıda parklar da dezinfeksiya olunur: oturacaqlar, səkilər... - CANLI BAĞLANTI

25 Mart, 21:47 Sosial mediada paylaşın:

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçilib. Dezinfeksiya işləri parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilərdə də aparılır. Paytaxtda oturacaqlar, səkilər, bir sözlər hər yer gün ərzində ən az iki dəfə dezinfeksiya edilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

CANLI YAYIM