Prezidentin köməkçisi: “Xaricdə olan 10 minə yaxın vətəndaşımız ölkəmizə təxliyə edilib”

Prezidentin köməkçisi: “Xaricdə olan 10 minə yaxın vətəndaşımız ölkəmizə təxliyə edilib”

24 Mart, 00:46 Sosial mediada paylaşın:

“Bugünə qədər Azərbaycan Hava Yolları (AZAL) və digər vasitələrlə xaricdə olan 10 minə yaxın vətəndaşımızın dövlət vəsaiti hesabına ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Prezidentin köməkçisi bildirib ki, hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir: “Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib”.

CANLI YAYIM