Nazir: “Sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması nəzərdən keçirilir”

Nazir: “Sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması nəzərdən keçirilir”

23 Mart, 22:36 Sosial mediada paylaşın:

“Koronavirus pandemiyasından ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən, iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparılır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərdən danışarkən deyib. Nazir vurğulayıb ki, bu məqsədlə yaradılmış İşçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib: “Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir. İşçi qrupun toplantıları keçiriləcək, 15 günə kimi təkliflərimiz müəyyənləşəcək. Demək istəyirəm ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır. İşçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər”. 

CANLI YAYIM