AzTV-dən Novruzla bağlı film - “KRALLARIN SAVAŞI”

AzTV-dən Novruzla bağlı film - “KRALLARIN SAVAŞI”

21 Mart, 10:45 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası (AzTV) Novruz bayramı ilə bağlı film-konsert təqdim edib.

AzTV-nin bədii rəhbəri Ranar Musayev və komandasının hazırladığı musiqili film “Kralların Savaşı” adlanır.

Layihədə gənc aktyorlar, müğənnilər və televiziya aparıcıları yer alıb. Ekran işi qrim, geyimlər, dekorasiyalarla fərqlənib.

Film-konsertdə Su, Od, Hava və Torpaq krallıqlarında baş verənlər və onlar arasında istedad yarışması obrazlı, musiqili şəkildə təqdim olunur. 

Layihənin ideya müəllifi Ranar Musayev, art direktoru Ülviyyə Könül, quruluşçu rejissoru Elvin Əhmədoğlu, prodüseri isə Zamiq Alövsətoğludur.

“Kralların Savaşı” adlı musiqili film 20 mart saat 20:20-də AzTV-də yayımlanıb.

CANLI YAYIM