Azərbaycanda yeni neft yatağı kəşf edilib

19 Mart, 13:14 Sosial mediada paylaşın:

Azərbaycanda yeni neft yatağı kəşf edilib.

SOCAR və Norveçin “Equinor” şirkəti Xəzərin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiqləyib. Yataqda ilk qiymətləndirmə quyusunun qazılmasına ötən ilin dekabrında başlanılıb.

İlkin qənaətə görə, yataqda kəşf edilən neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir. SOCAR-ın açıqlamasında bildirilir ki, “Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan çoxdur.

“Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli töhfə olacaq.