Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı qaydalarda dəyişikliklər layihələri hazırlanıb. Ünvanlı yardım üçün müraciət edənlərin kommunal və rabitə xərclərinin limiti artırılacaq.
Ünvanlı sosial yardım alan ailələrin sayı ötən il 40 mindən 72 minə çatıb. Bu il ünvanlı sosial yardım alan ailələrin sayının ümumilikdə 85-90 minə çatdırılması nəzərdə tutulur.