Prezident koronavirusdan danışdı: "Əminəm ki..."

Prezident koronavirusdan danışdı: "Əminəm ki..."

18 Mart, 16:03 Sosial mediada paylaşın:

Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirakı zamanı Prezident İlham Əliyev dünyanı bürüyən koronavirus barədə danışıb. 

Bütövlükdə nəqliyyat sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, indiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Dövlət başçısı bildirib ki, bu sahəyə çox böyük diqqət göstərilməlidir.

“Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”, - deyə Prezident vurğulayıb.

CANLI YAYIM