Koronavirusun vaksini tapıldı - İLK SINAĞI KEÇİRİLDİ

Koronavirusun vaksini tapıldı -İLK SINAĞI KEÇİRİLDİ

17 Mart, 16:50 Sosial mediada paylaşın:

Dünya Səhiyyə təşkilatının son məlumatına görə, İspaniya və İranda yeni növ koronavirusdan ölənlərin sayı kəskin artıb. Ümumilikdə dünya üzrə koronavirus pandemiyasına yoluxanların sayı 185 400 nəfərə çatıb. Virusdan həyatını itirənlərin sayı 7332 nəfər təşkil edir. 80 min nəfərədək pasient isə xəstəlikdən sağalıb.

AzTV-nin "Xəbərlər" proqramının məlumatına görə, son sutkada ən çox ölüm İspaniyada qeydə alınıb. Bu ölkədə  virusdan dünyasını dəyişənlərin sayı 149 nəfər artaraq 1236 nəfərə yüksəlib.

Xəstəliyin çoxsaylı ölümə səbəb olduğu ikinci ölkə İrandır. Burada sutka ərzində 135 nəfər vəfat edib. Ölənlərin ümumi sayı isə 988-ə yüksəlib.

Çində son sutkada 21 yeni yoluxma və 13 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə virusdan dünyasını dəyişənlərin sayı 3226-ya, yoluxanların sayı isə təxminən 81 minə yüksəlib.

Bu arada, Dünya Səhiyyə Təşkilatının ofisinin 2 əməkdaşında da koronavirus tapılıb.

Həmçinin YAPONİYA Futbol Federasiyasının 62 yaşlı rəhbəri Kodzo Tasima virusa yoluxduğu üçün karantinə alınıb.

Karonavirusun yayılmasının qarşısını almaq üçün Avropa ölkələrində məhdudiyyətlər daha da sərtləşdirilir. Qitənin demək olar bütün ölkələrində idman tədbirləri ləğv edilib, əyləncə və istirahət yerləri, muzey və teatrlar bağlıdır. Məhdudiyyətlə bağlı qaydaları pozanları İtaliyada 206, Fransa və Almaniyada 155 avro cərimə gözləyir. Qaydalara nəzarət üçün çox sayda polis səfərbər edilib. Fransa prezidenti Emmanuel Makron televiziya ilə müraciətində xalqı koronavirusla mübarizədə səfərbərliyə çağırıb. Yeri gəlmişkən, sosial şəbəkədə onun adından saxta tvit yayılıb. Tvitdə iddia olunur ki, Fransa dövlət başçısı koronavirusa görə buraxılan dərslərin yay tətilində keçiriləcəyini bildirib. Məhdudiyyətlər nəqliyyata da təsirsiz ötüşməyib. Parisin mərkəzində əvvəlki günlərdə 300 km-ə çatan tıxaclar indi 5 km-ə düşüb.

İtaliyada vəziyyət daha ağırdır. Burada yaşamaq şansı olmayanların reanimasiyaya qəbulu dayandırılıb. Nisbətən gənc və sağlam insanları xilas etmək üçün yaşı 70-dən çox olanlara qarşı heç bir reanimasion tədbir görülməyəcək.

Bu gündən Avropada daha bir məhdudiyyət tədbiri tətbiq edilib. Şengen zonası bütövlükdə əcnəbilər üçün bağlanıb. Bu dövlətlərin ərazisinə kənardan yalnız həkimlərin girişinə icazə verilir.

Belçikanın Flamand Biotexnologiya institutu COVID-19 virusuna qarşı anticisim hazırladığını bildirib. Vaksindən fərqli olaraq anticisim dərhal təsir göstərir. Bununla belə, əldə edilən nəticələrin təsdiq edilməsi üçün sınaqlar davam etdirilməlidir. ABŞ-da isə ilk vaksin insan üzərində sınaqdan keçirilib. 

Almaniyanın Robert Kox institutu isə bildirib ki pandemiya dalğa şəklində yayılacaq. Xəstəliyin tam aradan qaldırılması azı 2 il çəkəcək.

Vüqar Ələsgərov

CANLI YAYIM