Çin hakimiyyəti yeni tip koronovirusun səbəb olduğu xəstəliyə qarşı ilk peyvəndin klinik sınaqlarına icazə verib.
Çinin Mərkəzi Televiziyasının məlumatında bildirilir ki, dünən yerli vaxtla saat 20:18-də akademik Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu klinik sınaqlara icazə alıb. Son məlumatlara görə, Çində koronovirusa yoluxanların sayı 81 117 nəfərə, ölənlərin sayı isə 3 231 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində ölkədə 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Hubey əyalətində baş verib. Həmçinin indiyədək xəstəlikdən 68 min 679 nəfər sağalıb, 2 min 830 xəstənin vəziyyəti isə ağırdır.