Orta aylıq pensiyanın 350 manata çatdırılması planlaşdırılır

Orta aylıq pensiyanın 350 manata çatdırılması planlaşdırılır

16 Mart, 17:53 Sosial mediada paylaşın:

“Ötən il ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı. Əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

Nazir Prezident Sərəncamı ilə bu il sosialyönümlü islahatların davamı olaraq bütün pensiyaların 16,6 faiz indeksləşdirildiyini qeyd edərək deyib: “Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır”.

CANLI YAYIM