Bədii Şura növbəti dəfə toplanıb

Bədii Şura növbəti dəfə toplanıb

16 Mart, 13:08 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

QSC-nin sədr müavini Rafiq Həşimovun sədrliyi ilə keçən iclasda o, veriliş və aparılan işlərlə bağlı Şura üzvlərindən fikir və təkliflərini səsləndirmələrini xahiş edib. Şura üzvləri, xalq artistləri - Ramiz Quliyev, Faiq Sücəddinov, Təranə Muradova, Mənsum İbrahimov, Mübariz Tağıyev, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, professor Ceyran Mahmudova və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Çıxışlar zamanı AzTV-də, o cümlədən QSC-yə daxil olan digər kanallarda efir yeniliyinin durmadan davam etməsi təqdir olunub. Fikir və rəylər səhər proqramları, verilişlərlə bağlı yeni təkliflərdən, o cümlədən hazırkı məlum karantin rejimi ilə bağlı məktəb və məktəbə qədər təhsil müəssisələrində tətil günlərini nəzərə alaraq uşaqlarla bağlı film və proqramların daha çox olmasından ibarət olub. Rafiq Həşimov fikir və təkliflərə münasibət bildirib.

Daha sonra qərara alınıb ki, Bədii Şuranın toplantısı ölkədəki mövcud karantin rejimi ilə bağlı bir aylıq təxirə salınsın.

CANLI YAYIM