“Türkiyə Prezidenti ilə danışıqlar asan keçməsə də, pozitiv başa çatdı”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Moskvada 6 saatdan çox davam edən görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib. O deyib ki, iki ölkə İdlibdə gərginliyin aradan qaldırılmasına dair qərar qəbul edib və Suriya münaqişəsinin həllinə dair ümumi sənəd imzalayıb.
Sənədə əsasən, Suriyada atəşkəs martın 6-na keçən gecə saat 1-də qüvvəyə minir.