Ağstafada yeni məktəb tikiləcək - İki milyon manat ayrılıb

Ağstafada yeni məktəb tikiləcək - İki milyon manat ayrılıb

5 Mart, 17:14 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılır.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.

CANLI YAYIM