Xocalı dəhşətlərini ermənilər özləri də etiraf edir - FAKTLAR

Xocalı dəhşətlərini ermənilər özləri də etiraf edir -FAKTLAR

26 Fevral, 16:10 Sosial mediada paylaşın:

Xocalı soyqrımı bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir və bu faciə tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı deyil. Artıq dünya ictimaiyyəti də Xocalıda yaşananlarla bağlı daha çox məlumatlıdır. Çünki tarixi faktlar, sübutlar ermənilərin həyata keçirdiyi soyqırımı gerçəklərinin gizlədilməsinə əngəl olur. Hətta ermənilər - cinayəti törədənlər də soyqırımını etiraf edirlər.

“Biz Xaçaturla ələ keçirdiyimiz evlərdən birinə girərkən əsgərlərimiz 13 yaşında bir türk uşağı pəncərəyə mismarlamışdılar. Daha sonra bu uşağın başının, sinəsinin və qarnının dərisini soydum. Saata baxdım. 7 dəqiqə sonra türk uşağı qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığım üçün sevincindən qürurlanırdı. Sonra Xaçatur ölmüş türk uşağının cəsədini hissə-hissə doğrayaraq türklərlə eyni kökdən olan itlərə atdı”.

Bu, qondarma Böyük Ermənistan ideologiyasının əsas ideoloqlarından biri olan Zori Balayanın 1996-cı ildə nəşr olunan “Ruhumun canlanması” kitabındakı etiraflarıdır. Tarix göstərir ki, ermənilər müxtəlif dövrlərdə “ruhlarını” məhz insanlığa qarşı cinayətlərlə qürurlandırmağa çalışıblar. Holokost soyqırımının reallaşdırılmasında da ermənilər yaxından iştirak ediblər. Tarixi sənədlər də onu göstərir ki, Adolf Hitlerin rəhbərliyi ilə yəhudilərə qarşı aparılan soyqırımında 27 min ermənidən ibarət hərbi birləşmə xüsusi qəddarlıq nümayiş etdirib.

Bu mənada ermənilərin Xocalıda dinc əhaliyə qarşı belə amansızcasına qətliam törətməsi təəccüb doğura bilməz. Hətta cani düşmən törətdiyi soyqırımını fəxrlə danışır. David Xerdian adlı erməni yazar Livanda çap olunmuş “Xaç uğrunda” kitabında qeyd edir: “Biz soyuqda Daşbulaq yaxınlığındakı bataqlıqdan keçməmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən zabit mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qızın meyitinin üstünə basıb addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Beləcə təxminən 1200 meyitin üstündən keçdim”.

Xocalı soyqrımını törətmiş qüvvələrə komandanlıq edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan erməni gəncləri ilə görüşlərində “Biz üzərimizə düşən missiyanı yerinə yetirdik. Ermənistan türksüzləşdirildi. Yerdə qalanları siz etməlisiniz” deməsi ilə Xocalıda törətdiklərini növbəti dəfə etiraf edib.

Artıq erməni fəalları da Xocalıda baş verənlərə etiraz bildirirlər. Məşhur erməni yazıçısı Anna Payatyan deyir ki, “Xocalıda soyqrımı olub və bunun üçün quldurlar cavab verməlidirlər. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan. Onların hamısı uşaq və qadınların qatilləridir!” Artıq erməni xalqının da qəbul etdiyi soyqrımı dünya dövlətləri tərəfindən də tanınır.

Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində şübhəsiz ki, “Xocalıya ədalət” kampaniyası mühüm rol oynayır. Beynəlxalq kampaniyanın miqyası hər il durmadan genişlənir. “Xocalıya ədalət” kampaniyası bütün dunyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Beynəlxalq kampaniya indi dünya səviyyəsində 25 ölkədə uğurla həyata keçirilir.

Vüsal Qaraca

 

CANLI YAYIM