Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri hökumətə təkliflər təqdim edib

Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri hökumətə təkliflər təqdim edib

25 Fevral, 21:11 Sosial mediada paylaşın:

Ukraynanın paytaxtı Kiyev şəhərində “LEVEL UP UKRAİNE 2020” adlı beynəlxalq iqtisadi, biznes və ictimai razılaşmalar mövzusunda forum keçirilib. 

Dünyanın bir sıra ölkələrinin dövlət, hökumət, iş adamları və ictimai xadimlərinin təmsil olunduğu forumda Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev panel müzakirələrdə çıxışı zamanı təkliflər təqdim edib.

R. Tağıyev təmsil etdiyi Ukrayna Millətlər Assambleyasında birləşən azsaylı xalqlar adından bildirib ki, ümumiyyətlə, Ukrayna dövləti bütün sahələrdə - istər iqtisadi, istərsə də ictimai birliklərin formalaşdırılması, hüquqi prosedurlarda ölkədəki azsaylı xalqların potensialını nəzərə alaraq daha çox istifadə etməlidir. O, nümunə kimi Azərbaycan diasporunun potensialını misal çəkib və iki ölkə arasında əlaqələrin gücləndirilməsində, qarşılıqlı iqtisadi münasibətlərdə bunun əhəmiyyətini vurğulayıb.

R.Tağıyev Ukraynada yaşayan etnik xalqların diasporu adından bir sıra iqtisadi təkliflər də təqdim edib. Daha sonra Assambleya rəhbəri forumda iştirak edən yerli və xarici rəsmilərlə ikitərəfli müzakirələr də aparıb.

CANLI YAYIM