“İtaliya Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO Alyansı ilə yaxınlaşmasına dəstək verəcək”

“İtaliya Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO Alyansı ilə yaxınlaşmasına dəstək verəcək”

25 Fevral, 17:40 Sosial mediada paylaşın:

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” olduqca əhəmiyyətli sənəddir. Bu, Azərbaycanın xarici dövlətlərlə bağladığı ilk belə bəyannamədir. Bu günə qədər tarixdə belə bir bəyannamə olmayıb”.

Bu sözləri sözügedən sənədin detallarını “Əsas məsələ”də şərh edərkən Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

O qeyd edib ki, bu, artıq müttəfiqlik sənədidir: “Biz beynəlxalq təşkilatlarda İtaliya parlamentinin nümayəndələri ilə çalışmışıq ki, daim bir-birimizə dəstək olaq, ancaq bu, sənəd şəklində öz əksini tapır. Bu bəyannamədə də göstərilir ki, İtaliya Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO Alyansı ilə yaxınlaşmasına dəstək verəcək”.

CANLI YAYIM