Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək

17 İyul, 10:37 Sosial mediada paylaşın:

Ağdamın “Qarabağ” futbol klubu iyulun 17-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Albaniya çempionu “Partizani” klubunu qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq.

Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.

Oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.

CANLI YAYIM