“Mücahidlər” bu dəfə Ziya Bünyadovdan bəhs edir

“Mücahidlər” bu dəfə Ziya Bünyadovdan bəhs edir

19 Fevral, 17:52 Sosial mediada paylaşın:

“Mücahidlər” verilişinin 18 fevralda efirə gedən buraxılışında görkəmli ictimai xadim, akademik Ziya Bünyadovun həyat və yaradıcılığından bəhs olunub.

Verilişdə onun təhsil aldığı illər, Dünya müharibəsindəki qəhrəmanlıqları, akademik fəaliyyəti, Azərbaycanın müstəqilliyi dövründə ortaya qoyduğu tarixi araşdırmalardan danışılır, böyük akademik onu tanıyanların xatirələrində yad edilir.

Verilişdə qeyd edilir ki, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, dünya şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri olan akademikin həyatı qəhrəmanlıq və mübarizə yoludur. Ermənilərin yalanlarının ifşasında onun araşdırmaları misilsiz əhəmiyyət kəsb edir. Qədim, müxtəlifdilli qaynaqlardan əldə etdiyi saysız-hesabsız tarixi faktlar, təkzibolunmaz tutarlı dəlillər, yüksək elmi təfəkkürü Z.Bünyadovu Azərbaycanın düşmənləri üçün arzuolunmaz şəxsə çevirmişdi.

CANLI YAYIM