Azərbaycan Prezidenti İtaliyada rəsmi səfərdədir

Azərbaycan Prezidenti İtaliyada rəsmi səfərdədir

19 Fevral, 17:36 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına rəsmi səfərə gedib.

Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.

CANLI YAYIM