Yeni körpülərin tikintisinə maliyyə vəsaiti ayrıldı

Yeni körpülərin tikintisinə maliyyə vəsaiti ayrıldı

18 Fevral, 17:53 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

CANLI YAYIM