“Sədərək”dəki yanğının detalları - Sahibkarlar nə deyir?

“Sədərək”dəki yanğının detalları - Sahibkarlar nə deyir?

18 Fevral, 17:57 Sosial mediada paylaşın:

“Sədərək” Ticarət Mərkəzində bu gün səhər saatlarında baş verən yanğınla bağlı detallar məlum olub.

Belə ki, yanğının baş verməsi haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə saat 07:39-da daxil olub. Ərazi üzrə Qaradağ Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər. Hadisə ilə bağlı ikinci dərəcəli yanğın elan olunub. Yanğın təxminə bir saata yaxın davam edib.

Hadisə yerinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb olunub. Yanğının ərazisi 900-1000 kvadratmetr sahəni əhatə edir. Alov tam söndürülüb, soyutma işləri aparılıb.

Mağaza sahibləri deyir ki, yanğın qəflətən başlayıb, əsasən tekstil və ayaqqabı malları olduğundan yanğının əhatə dairəsi genişlənib.

Sədərək ticarət mərkəzindən verilən məlumata görə, ziyan çəkən sahibkarlara lazımi köməklik göstəriləcək.

Yanğın yerinə 5 təcili yardım briqadası göndərilib. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Tural Qurbanov, Vüsal Qaraca

CANLI YAYIM