MSK 7 məntəqənin nəticələrini etibarsız saydı

MSK 7 məntəqənin nəticələrini etibarsız saydı

17 Fevral, 17:00 Sosial mediada paylaşın:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb.

Müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd edilib ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb.

MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Bundan başqa, iclasda 51 saylı Qusar seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsinə qərar verilib.

CANLI YAYIM