Son bir həftənin ən mühüm hadisələri “Həftə”də şərh edildi

Son bir həftənin ən mühüm hadisələri “Həftə”də şərh edildi

17 Fevral, 16:17 Sosial mediada paylaşın:

Ötən həftənin ən mühüm hadisələri Azərbaycan Televiziyasının “Həftə” analitik-informasiya verilişində şərh edilib.

Mövzular arasında Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında uğurlu təqdimatı, Prezident İlham Əliyevin konfrans çərçivəsində keçirdiyi görüşlər, 9 fevral parlament seçkilərindən ötən bir həftə, səsvermə prosesi rəy və hesabatlarda, Prezident İlham Əliyevin Kürdəmirə səfəri, orada “ASAN xidmət” mərkəzinin açılışı, ölkənin elektro-enerji sahəsinə strateji baxış və digər mövzular yer alıb.

Verilişin qonağı Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov olub. O, Ermənistan Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevlə debat zamanı səsləndirdiyi fikirlərə öz münasibətini bildirib.

Sözügedən verilişə AzTV-nin rəsmi “YouTube” kanalından baxa bilərsiniz.

CANLI YAYIM