Azərbaycanda qadın sahibkarlığı nə qədər inkişaf edib?

Azərbaycanda qadın sahibkarlığı nə qədər inkişaf edib?

12 Fevral, 16:46 Sosial mediada paylaşın:

Sahibkar “yenilik” və “yaradıcılıq” anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir.

Son 20 ildə isə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir. Xanımların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi Azərbaycanda bu sahədə atılan addımlardan sadəcə bir neçəsidir.

Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin inkişafına bütövlükdə təsir edir.

Azərbaycanda qadın sahibkalığının inkişafı üçün hər cür şərait yaradılıb: əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm işlər həyata keçirlir. Son iki ildə Azərbaycanda sahibkar qadınların sayı 2 dəfə artıb. Təkcə 2019-cu ilin 9 ayı ərzində 55 nəfər qadın sahibkarlıq fəaliyyətinə başlayıb.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.

Ayşəm Rüstəmova

CANLI YAYIM