Mikayıl Cabbarov “Həftə”də - “2 milyard dollar böyük rəqəmdir, amma potensialımızı tam əks etdirmir”

Mikayıl Cabbarov “Həftə”də - “2 milyard dollar böyük rəqəmdir, amma potensialımızı tam əks etdirmir”

9 Fevral, 14:21 Sosial mediada paylaşın:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının “Həftə” analitik-informasiya verilişinin qonağı olub.

Nazir regionların sosial-iqtisadi inkişafının birinci ilinin uğurlu nəticələri və qarşıya qoyulan iqtisadi vəzifələrlə bağlı danışıb. 

M.Cabbarov qeyd edib ki, 2019-cu il Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi islahatların dərinləşdirilməsi ilə yadda qalıb: “Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, 2019-cu ildə biz islahatların ilk real və əhəmiyyətli nəticələrini gördük. İlk dedikdə, aydın olsun, islahatların son mərhələsini biz 2018-ci ilin aprelindən hesablayırıq. 2019-ci ilin yanvarın 1-dən isə iqtisadiyyat, vergi və digər əlaqəli sahələrdə baş vermiş qanun dəyişiklikləri qüvvəyə minib”.

Nazir statistik rəqəmləri də açıqlayıb: “2003-2019-cu illərdə regionların sosial-iqtisadi inkişafı proqramının nəticəsində ÜDM 3,4 dəfə, qeyri-neft sektorunda 2,9 dəfə artıb artıb. Möhtərəm prezidentimizin dediyi kimi, bu, rekorddur. Bu, düşünülmüş strategiya və icraat intizamına əsaslanan siyasətin nəticəsidir”.

M.Cabbarov vurğulayıb ki, sənaye və kənd təsərrüfatında xüsusi artım meyilləri müşahidə edilib: “Qeyri-neft ixracında biz 2 milyard dollara yaxınlaşmışıq. Bu, özlüyündə böyük rəqəm olsa da, potensialımızı tam şəkildə əks etdirmir. Bizim üçün daha çox vacib olan faktor artımın tempidir. İnanırıq ki, həyata keçirilən tədbirlər nəticəsində yüksək artım templərini də qoruyub saxlaya biləcəyik”.  

CANLI YAYIM