AzTV “Könüllü döyüşçü” hazırlayır

AzTV “Könüllü döyüşçü” hazırlayır

5 Fevral, 16:21 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası daha bir yeni layihəyə start verir.

Hərbi vərənpərvərlik mövzusuna həsr olunmuş veriliş “Könüllü döyüşçü” adlanır. Proqramın anonsları artıq efirə verilməyə başlayıb. “Könüllü döyüşçü”nün efirə gedəcəyi tarix isə yaxın vaxtlarda açıqlanacaq.

Xatırladaq ki, AzTV-də hərbi vətənpərvərlik mövzusunda daha bir veriliş efirə verilir. “Döyüşçü” adlanan proqramın aparıcısı Vasif Acalovdur. “Döyüşçü” hər bazar 13:00-da yayımlanır.

CANLI YAYIM