Dövlətin iş adamlarına dəstəyi: ali səviyyədə qorunan hüquqlar, müstəqil fəaliyyət...

Dövlətin iş adamlarına dəstəyi: ali səviyyədə qorunan hüquqlar, müstəqil fəaliyyət...

5 Fevral, 11:14 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda tapşırıqları sırasında Azərbaycanda aqroparkların yaradılması işinin bundan sonra da davam etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət ayrılması var. Bəs hazırkı dövlət dəstək mexanizmləri sahibkarların fəaliyyətinin genişləndirilməsində hansı rolu oynayır?

“Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təsərrüfat fəaliyyətidir”. Bu, sahibkarlığın nəzəri tərifidir. Yetər ki,  şəxsi təşəbbüsün və biznes ideyan olsun. Ümumiyyətlə, sahibkar olmaq istəyinin bir neçə səbəbi var: pul qazanmaq, ictimai rifaha töhfə vermək, cəmiyyətdə özünü təsdiq etmək və s. Azərbaycanda isə sahibkarlıq subyekti kimi dövlət qeydiyyatına düşmək tam asanlaşdırılıb.

Dövlət də öz üzərinə düşən vəzifəni reallaşdırır. Mükəmməl qanunvericilik bazası yaradılıb. İş adamlarının müstəqil fəaliyyəti təmin edilib. Onların hüquqlarının qorunması ən ali səviyyədə - dövlət başçısının siyasi iradəsi və həyata keçirdiyi iqtisadi siyasətlə qorunur. Paytaxtda və regionlarda yaradılan infrastruktur sahibkarlıq subyektlərinə öz işini qurmaq üçün daha yaxşı mühit yaradır.

Amma bu da son deyil. Sahibkarlıq subyektləri dövlətin güzəştli kreditləri ilə təmin olunur. Bu vaxtadək onlara 2 milyard manatdan çox dövlətin güzəştli krediti verilib. Aqrar sektorun subsidiya mexanizmi bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı təyinatlı texnikanın güzəştli şərtlərlə fermerlərə çatdırılmasını əhatə edir. Bu ildən isə mexanizm daha da təkmilləşdirilib.

Azərbaycanda isə ötən ildən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyənləşdirilib.

Kiçik və orta sahibkarlığın əhəmiyyəti isə hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin buraxa bilmədiyi məhsulları və ya məhsulların buraxılması üçün lazım olan hissələri istehsal edir. Müxtəlif xidmətlər göstərir, kiçik pərakəndə ticarətçidirlər. İş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırırlar, istehlakçıları məhsulla təmin edirlər, vergi ödəməklə büdcənin gəlirini atırırlar. İri müəssisələrə nisbətən çevikdirlər, bir sözlə ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayırlar.

Əli Rzayev

CANLI YAYIM