Teleradio Akademiyası müsabiqə elan etdi - TV-də işləmək istəyənlərin nəzərinə!

Teleradio Akademiyası müsabiqə elan etdi - TV-də işləmək istəyənlərin nəzərinə!

31 Yanvar, 11:13 Sosial mediada paylaşın:

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyası dinləyici qəbulu ilə bağlı müsabiqə elan edib.

Müsabiqədə aparıcı, müxbir, redaktor, rejissor və operator peşələrinə yiyələnmək istəyən 30 yaşına qədər, ali təhsilli şəxslər iştirak edə bilərlər.

Aparıcı-müxbir kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uyğun olmalıdır.

Müsabiqədən keçən dinləyicilər:

·        Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar;

·        Tədris Akademiyanın peşəkar mütəxəssisləri və xaricdən dəvət olunan müəllimlər tərəfindən aparılacaq;

·        Kursu uğurla bitirən dinləyicilərə Akademiyanın sertifikatı təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini 2020-ci il fevralın 10-dək qeyd olunan e-mail ünvanına göndərə bilərlər.

E-mail: tvakademiya@aztv.az

Əlaqə nömrəsi: +99412 537 02 80

Ünvan: AZ1006,  Bakı şəhəri, M.Hüseyn küçəsi 1

CANLI YAYIM