Prezident İlham Əliyev Xeyrəddin Sayəddin oğlu Qocayevin (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, o, Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə bu ordenə layiq görülüb.